Accessibility links

Elm

Marsda araşdırmalar [Video]


10 ay, 711 milyon kilometrlik səyahətdən sonra, MAVEN-nin mühərrikləri yavaşılayaraq sentyabrın 21-də Marsın orbitinə daxil olub.

Mars Atmosferi və Təlatümlü Təkamül Missiyası anlamına gələn MAVEN, iki sadə suala cavab tapmağa çalışacaq.

Brus Yakoski: "Su hara yoxa çıxdı? Karbon dioksidə nə oldu?"

MAVEN-in baş araşdırmaçısı Brus Yakoski deyir ki, alimlər indi Marsın bir vaxtlar sıx atmosferə sahib olduğunu bilirlər. Ancaq bunun son bir neçə milyard ildə əhəmiyyətli dərəcədə dəyişdiyini, planetdəki qazların fəzaya yayıldığını aşkar ediblər. Onlar hələ də bunun necə və niyə baş verdiyini bilmirlər.

Brus Yakoski: "Biz iqlimin dəyişməsinə nə səbəb olduğunu başa düşməyə çalışırıq. Qazların fəzaya yayılmasının atmosferdəki dəyişmələrdə rol oynadığını müəyyən etməyə çalışırıq."

MAVEN Marsın atmosferində qalan əsas qatları araşdıracaq, çünki alimlər hesab edirlər ki, “günəş küləyi” kimi tanınan günəş yüklü molekulların yayılması atmosferdəki qazların o cümlədən su buxarının tədricən yoxa çıxmasına səbəb olur.

Fəza gəmisinin araşdırmaya hazır vəziyyətə gəlməsi beş həftə çəkəcək.

Hazırda NASA mühəndisləri missiyanın uğurlu getdiyini qeyd edirlər.

Qay Byutellsçis, MAVEN-nin uçuş system meneceridir.

Qay Byutellsçis: "Həqiqətən də komandanın gördüyü iş möhtəşəmdir. Bu şablon kimi görünə bilər, insanlar bunun raket elmi olmadığını deyə bilər. Ancaq bu bəzən raket elmidir.

MAVEN Qırmızı Planetinin ətrafında fəaliyyət göstərən iki Amerika və bir Avropa fəza gəmisinə qoşulacaq. Planetin səthində üç cihaz araşdırma aparır. Bir neçə günə Hindistanın ilk Mars araşdırma cihazının obitə daxil olaraq atmosferdə ölçülər aparması gözlənilir.

XS
SM
MD
LG