Accessibility links

Dünyanın ən nəhəng raket mühərriki sınaqdan keçirilib


Utah ştatının Promonotori şəhərində yerləşən obyektdə sınaqdan keçirilən dünyanın ən nəhəng mühərriki NASA-nın yeni lahiyəsi olan Fəzaya Raket Göndərmə sistemində inkişafa doğru atılan növbəti addımdır.

Yeni raket Mars və asteroid kimi fəzanın dərinliklərinə uçuşda fəza gəmisində istifadə olunacaq.

NASA üçün mühərriki inşa edən Orbital ATK şirkəti bildirib ki, onlar yeni mühərrikin göstərdiyi nəticələrdən razıdırlar.

Ən pik nöqtədə mühərrik 1600 metr ton itələmə gücünə malik olur. Bu Boeing 747 təyyarəsinin uçuşa qalxdığı vaxtdakı gücündən 14 dəfə çoxdur.

Fəzaya Raket Göndərmə sistemi ilk pilotsuz uçuşunu 2018-ci ildə həyata keçirəcək. Astronavtlarla uçuş isə 2021-ci ildə gözlənilir.

XS
SM
MD
LG