Accessibility links

Elm

NASA-nın fəza gəmisi Siris planetindədir [Video]


Daunun Siris planetinə ən yaxın məsafəsi Ayın Yer Kürəsinə olan yaxınlığından 10 dəfə yaxın olacaq. Alimlər Siris kimi astroidlərin Yer Kürəsində suyun mənbəyi olduğuna inanırlar.

Ancaq alimlərin diqqətini 92 kilometr sahəsi olan iki parlaq çuxur çəkir.

NASA-da mətbuat konfransındakı çıxışında araşdırmaçı Karol Raymond bildirib ki, Siris günəş sistemində özəl planetdir.

Karol Raymond: "Biz planetin səthinə yaxınlaşdıqca onun təbiətini aşkar edəcəyik. Beləliklə sirrin üstü açılacaq. Planet bizim həqiqətəndə diqqətimizi çəkib."

NASA-nın elm depatamentinin direktoru Cim Qrin deyir ki, Daun fəza gəmisi misilsizdir.

Cim Qrin: "O ion mühərrikə malikdir və iki orbitə Vesta və Sirisə səyahət edəcək ilk gəmidir."

İon mühərrikləri yüklənmiş ksenon qazının hissəciklərinin boşalmasıyla alovlanır və itələmə meydana gətirir. Bu fəza gəmisini tədrici sürətlənməsinə səbəb olur. 7 il yarımda Daun saatda 38min km sürətə çatıb.

Fəza gəmisinin əlavə günəş batareyaları var. Yer kürəsinin Günəşlə arasındakı məsafədən üç dəfə uzaqda olan Sirisə batareyalar səyahət müddətində gəmini enerji ilə təmin edəcək.

Gəminin son dayanacağı Siris olmasına baxmayaraq, Daun həmçinin astroid növü olan Vesta proto-planetini də ziyarət edib. Alimlər ümid edir ki, əldə olunmuş məlumatların təhlili onlara günəş sisteminin yaranmasını anlamağa kömək edəcək.

Daunun orbitə uyğunlaşması bir ay sürəcək və sonra araşdırmaçılara uzaq kosmik obyektlərin heyrətamiz şəkilləri və məlumatlarını göndərəcək.

XS
SM
MD
LG