Accessibility links

Elm

NASA-nın 5 yeni missiyası Yer Kürəsini müşahidə edir [Video]


NASA-nın orbitə göndərdiyi son cihazla birlikdə Yer Kürəsini müşahidə edən aparatların sayı 18-ə çatıb.

Fevral ayında göndərilən cihaz GPM və ya Qlobal Yağış Ölçü missiyasını həyata keçirir, deyə NASA-nın Yer Kürəsi üzrə alimi Tom Vaqner bildirir.

Tom Vaqner: "Bu yolla biz yağışı anlamaq qabiliyyətimizi təkmilləşdirəcəyik. Cihaz atmosferdəki qarın miqdarını ölçə biləcək. Beləliklə yağıntını anlamaq qabiliyyətimiz artacaq."

GPM-dən sonra OCO-2 adlanan Orbitdəki Karbonu Müşahidə cihazı göndərilib. Vaqner deyir ki, bu çox vacibdir. Çunki karbon dioksid qlobal istiləşməni sürətləndirən əsas emissiyadır.

Tom Vaqner: "Karbon dioksidlə əlaqəli əsas şey odur ki, biz onun haradan gəldiyini və haraya getdiyini bilməliyik. Onu okean udur və ya qütbün əriməsi ilə meydana çıxır? Beləlilə əgər biz 50-100 ildə planetdə nə baş verəcəyini bilmək istəyirksə, bu kimi prosesləri anlamamız lazımdır."

Həmçinin keçən il Beynəlxalq Fəza Stansiyasına iki cihaz qoşuldu.

Tom Vaqner: "İlk dəfədir ki biz Fəza Stansiyasına Yer Kürəsinə nəzarət etməsi üçün cihaz yerləşdiririk. Fəza stansiyası bu platforma üçün münasib yerdir, çünki onun kifayət qədər enerjisi var."

RapidScat adlanan digər cihaz Beynəlxalq Fəza Stansiyasının səthinə yerləşdirilib. Cihaz okeanın üstündə küləyin nə qədər sürətlə əsdiyini qeyd edir. Bu məlumat iqlim modellərini və hava təxminlərini təkmilləşdirəcək. Digər cihazın adı CATS və ya Bulud-Aerosol Nəqliyyat Sistemi adlanır.

Tom Vaqner: "Bu cihaz bulud formalaşması, çirklənmələr və digər hissəciklər arasındakı əlaqəyə nəzər salmaq üçün lazer siqnallar göndərəcək."

Yanvarın 29-da göndərilən cihaz SMAP- yəni Torpaq Rütubətinin Aktiv Passivliyi adlanır. Bu cihaz su dövranının planetdəki həyat üçün əhəmiyyətini araşdıracaq. Vaqner deyir ki, SMAP və digər cihazlar Yer Kürəsinin sağlamlıq sisteminə nəzarət edəcək.

Tom Vaqner: "Fakt budur ki, Yer Kürəsində hər şey bir-biri ilə bağlıdır. Əgər siz bunu başa düşmək istəyirsinizsə, hər yerdə, hər zaman ölçülər aparmalısınız ki, nə baş verdiyini anlayasınız. Peyklər bunu etməyin ən mükəmməl yoludur."

Vaqner deyir ki, peyklərdən əldə olunan məlumat bazası hava təxminləri və iqlim modellər üçün faydalıdır. NASA məlumatları həmçinin fermerlərə, okean və torpaq menecerlərinə qlobal istiləşməyə qarşı daha yaxşı qərarlar verməyə kömək edir.

XS
SM
MD
LG