Accessibility links

Azərbaycanın xalq artisti Azərbaycan teatrı və kinosunda əvəzolunmaz rolları ilə yadda qalan, bu gün də tamaşalarına, filmlərinə sevilə-sevilə baxılan, mərhum sənətkarımız Nəsibə Zeynalovanın oğlu, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Adana Universitetinin professor-doktoru Canangir Novruzovla söhbət.


Cahangir müəllim anası Nəsibə xanımın çox möhtəşəm bir ana olmaqla yanaçşı, onun həyatında önəmli bir rol oynadığını dedi. Cahangir müəllim dedi ki, Nəsibə xanımın həyatdan getməsi onun təkcə anasını itirməsi deyil, həm də müəllimini itirməsi demək idi.

Cahangir müəllimin sözlərinə görə, bu gün tədris etdiyi teatr sənətinin təməlini onda anası Nəzibə xamın qoyub. “ 62 il bir teatrda, bir səhnəyə çıxdı, cənazəsi də həmin teatrdan götürüldü” – deyə, Cahangir müəllim bildirdi və əlavə etdi ki, belə bir sənətkar bugünkü gənclər üçün bir nümunədir. O, Nəsibə xanımın ən önəmli xüsusiyyətlərindən birinin sənətinə və milli dəyərlərinə sonuna qədər sədaqətli olması olduğunu, buna görə də yaşından asılı olmayaraq bütün Azərbaycan xalqının qəlbində yaşamaqda davam etdiyini bildirdi.

XS
SM
MD
LG