Accessibility links

Nasir Xülusi şərti azadlığa buraxılıb


Nasir Xülusi
Nasir Xülusi

İran Azərbaycanında insan haqları pozuntularına dair məlumat yayan internet portalları bir aydan artıq nəzarət altında saxlanılan təbrizli fəal Nasir Xülusinin müvəqqəti olaraq azadlığa buraxıldığını bildirirlər.

Güney Azərbaycan Televiziyası (Günaz TV) və AZOH kimi veb səhifələrin məlumatına istinadən, türk fəal 500 milyon tümənlik (155 min dollar) zəmanət qarşılığında sərbəst buraxılıb.

Nasir Xülusi keçən yanvar ayının 23-də təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınaraq Təbrizdə “Sepah”-ın təhlükəsizlik qurumuna məxsus həbsxanaya göndərilmişdi. O, 3 həftədən artıq həmin həbsxanada dindirildikdən sonra Təbriz Mərkəzi Zindanına köçürülüb.

Fevralın 27-də müvəqqəti azadlığa buraxılan təbrizli fəal məhkəmə prosesinin tamamlanmasını gözləyəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG