Accessibility links

Nasizm üzərində qələbənin 65-ci ildönümü Qızıl Meydanda qeyd olunur


İlk dəfə olaraq paradda NATO ölkələrindən Böyük Britaniya, Fransa, Polşa və Birləşmiş Ştatların hərbi qüvvələri iştirak edir

Rusiyada İkinci Dünya Müharibəsində qələbənin 65-ci ildönümünü Sovet İttifaqı dağılandan bəri ən təntənəli paradla qeyd edilib. İlk dəfə olaraq NATO- ölkələrindən Böyük Britaniya, Fransa, Polşa və Birləşmiş Ştatların hərbi qüvvələri Qızıl Meydanda keçirilən paradda iştirak edir. Rusiya prezidenti Dmitri Medvedyev deyib ki, 65 il əvvəl nasizm üzərində qələbə çalındı və insanları məhv edən maşın dayandırıldı. Almaniya kansleri Angela Merkel və Çin prezidenti Hu Cintao daxil olmaqla mərasimə onlarla ölkə lideri qatılıb. Hərbi parad zamanı Qızıl Meydanda 10 mindən çox rus əsgəri addımlamışdır. Qələbə günü Rusiyada ən vacib ictimai bayramlardan biridir və müdafiə naziri Anatoli Serdyukov deyib ki, bu il bayram ən təntənəli şəkildə qeyd edilir. Belə ki, ölkə boyu paradlarda 102 mindən çox əsgər iştirak edir

XS
SM
MD
LG