Accessibility links

Məşhurlar: Natali Portman [Fotoqalereya]


Benjamin Millepied and Natalie Portman

Benjamin Millepied and Natalie Portman

​Aktrisanın Fransa vətəndaşlığı alacağı istisna deyil.

Aktrisa Natali Portman artıq iki ildir ki, görüşdüyü fransalı balet rəqqası Benjamen Milpeyə ərə gedir. Deyilənə görə nigah ötən şənbə günü Kaliforniya ştatının Biq Sur şəhərində keçirilib.

Bir yaş iki aylıq oğulları olan Portmanla Milpe 2009-cu ildə “Qara Sona Quşu” filminin çəkilişləri zaman tanış olublar. Portman filmdə “Sonalar Gölü” baletində prima balerina rolunu ifa edirdi. Bu yaxınlarda Madam Fiaro jurnalına verdiyi müsahibədə aktrisa Milpeyə ərə getsə, Fransa vətəndaşlığı ala biləcəyini deyib. Bununla da Potman atasının və özünün Fransa ilə bağlı arzularının indi real ola biləcəyini deyib.

1981-ci ildə İsraildə anadan olmuş aktrisanın hazırda ikili vətəndaşlığı var. Portman Amerika və İsrail vətəndaşıdır.

People.com veb səhifəsi Natali Portmanın özünə istinadən onun vegetarian olması və toya gələn qonaqların ət yeməklərinə həsrət qaldığı haqda məlumat verib.

XS
SM
MD
LG