Accessibility links

Natalya German: GUAM ATƏT məkanında həll edilməmiş münaqişələrlə bağlı layihələr hazırlayır


Moldova xarici işlər naziri Natalya German

Moldova xarici işlər naziri Natalya German

GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) məkanında həll edilməmiş münaqişələrin mövcudluğu ərazi bütövlüklərinin müdafiəsi üzrə səyləri birləşdirmək üçün bu ölkələri bir araya gətirən amildir. Bu barədə bu gün Bakıda keçirilən brifinqdə Moldova xarici işlər naziri Natalya German Amerikanın Səsinin sualının cavabında bildirib.

“BMT çərçivəsində biz hər il ATƏT məkanında həll edilməmiş münaqişələrlə bağlı layihələr hazırlayır və səs veririk. Bu il Nyu Yorkda BMT Baş Assambleyasında GUAM nümayəndələrinin növbəti iclası keçiriləcək. Biz dövlətlərimizin maraqlarını əks etdirən sənədin mətnini – yəni ölkələrin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsini əlaqələndirəcəyik”, xanım German bildirib.

Daha sonra Moldova xarici işlər naziri bildirib ki, GUAM digər ölkələr üçün də açıqdır, xüsusən, energetika və nəqliyyat məsələləri üzrə. Bu mövzu GUAM-ın qarşıda duran iki iclasının – Nyu York və Yaponiya iclaslarının gündəliyində olacaq.

“GUAM eyni cür düşünən və hərəkət edən dörd ölkənin fəal birliyi olaraq qalır və bizi dinləyirlər”, o qeyd edib.

XS
SM
MD
LG