Accessibility links

Natiq Cəfərli: "İlqar Məmmədovun imzatoplama kampaniyası ağır bir şəraitdə keçdi"


ReAL hərəkatının lideri İlqar Məmmədovun imza vərəqlərinin MSK-ya təqdim olunması ilə bağlı hərəkatın icra katibi Natiq Cəfərli bu prosesi və seçkiqabağı mühiti necə qiymətləndirir?

please wait

No media source currently available

0:00 0:06:51 0:00
Direct link

“İmzatoplama kampaniyası ReAL hərəkatı üçün ağır bir şəraitdə keçdi. Çünki namizədi həbsdə olan siyasi bir qurum üçün imza toplanılırdı.
Namizədin özünün burada iştirak edə bilməməsi işi çətinləşdirirdi
Namizədlə istənilən qədər təmas saxlamaq mümkün deyildi. Bunu yalnız vəkillər vasitəsi ilə edirdik.”


“Həbsdə olan və həbsdə olmayanlar arasında imzatoplama kampaniyasının fərqləri nə idi?” sualının cavabında Natiq Cəfərli bildirib ki, ən böyük fərq insanların namizədlə görüşə bilməməsi idi. “İllərdir xof yaradılmış bir cəmiyyətdə İlqar Məmmədovun həbsdə olduğuna müxtəlif reaksiyalar verilirdi. Bəziləri onun İsmayıllı hadisələrinə görə siyasi sifarişlə həbs olunduğunu bilirdi. Onun həbsdə olduğunu öyrənənlərin bir qismi imza atmaqdan imtina edirdi.”

ReAL Hərəkatının lideri İlqar Məmmədov
ReAL Hərəkatının lideri İlqar Məmmədov

"Bu müddəa Məmmədovun qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun həbsdən azad edilməsi deməkdir,” deyə cənab Cəfərli əlavə edib.

ReAL lideri İlqar Məmmədov Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu ilə birlikdə fevralın 4-də həbs olunub.

Ona qarşı iğtişaş törətmək ittihamı irəli sürülüb. İlqar Məmmədov üç ilədək həbsə məhkum oluna bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG