Accessibility links

Natiq Əliev: İran-Qərb razılaşmasından sevinirik


Azərbaycanın energetika naziri Natiq Əliyev qərb dövlətlərinin İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğvinin enerji sektorunda canlanma yaradacağını deyib.

"Biz bu qərardan sevinirik. Hesab edirəm ki, sanksiyaların ləğvi neft hasilatına təsir edəcək. Xüsusən də OPEC ölkələrində kvotanın artması ilə nəticələnəcək. Bu, regionda da yeni əməkdaşlığa yol açacaq", Əliyev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın Xəzər dənizinin şelfində böyük qaz ehtiyatları mövcuddur, lakin bu yataqlarda hasilatın başlanması gələcəyin işidir.

Ancaq Natiq Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) şelfdə qaz hasilatına nə vaxt başlayacağına aydınlıq gətirməyib.

“Hələlik bu növ neft və qazın hasil olması çətinliklə başa gəlir. Artıq bəzi dövlətlər şelf nefti və qazın hasilatına başlayıb. Amma bu, çox baha başa gəlir. Ona görə də, bu məsələyə gələcəkdə qayıtmağı düşünmək olar", o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG