Accessibility links

“Zərərçəkən İlqar Məmmədovun dərhal sərbəst buraxılmasını tələb etdi” [Audio - Müsahibə]


Şəkidə olan REAL Hərəkatının icra katibi Natiq Cəfərli Amerikanın Səsinə müsahibə verib

Hazırda Şəkidə olan Respublikaçı Alternativ (REAL) Hərəkatın icra katibi Natiq Cəfərli Amerikanın Səsinə müsahibədə İsmayıllı hadisələri ilə bağlı məhkəmə prosesi üzrə keçirilən hazırlıq iclasının yerli vaxtla saat 16:00-dan 18:30-dək davam etdiyi bildirib. Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesinə marağın həddən artıq yüksək olduğunu dilə gətirən Natiq Cəfərli demək olar ki, heç kəsin məhkəmə zalına buraxılmadığını deyib.

Vəkillərə istinad edən Natiq Cəfərlinin sözlərinə görə, REAL-ın sədri İlqar Məmmədov məhkəmədə hakimə etirazını bildirərək deyib ki, həbsi siyasi sifarişdir və bu cinayətdir, burada rol alanlar da bu cinayətin bir parçasıdır. “Daha bir maraqlı məqam ondan ibarət idi ki, bugünkü prosesə zərərçəkən kimi gətirilmiş polis nəfərlərindən biri altında imzası olan ifadələrinin ona məxsus olmadığını, bu insanları - İlqar Məmmədovu, Tofiq Yaqublunu tanımadığını və onların dərhal sərbəst buraxılmalı olmasını tələb etdi. Bu sözlər içəridəkilərin alqışları ilə müşayiət edilib” – deyə Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində bildirib.

Müsahibəni buradan izləyə bilərsiniz:

Şəkidəki məhkəmə prosesi barədə Natiq Cəfərli ilə müsahibə
please wait

No media source currently available

0:00 0:06:42 0:00
Direct link
XS
SM
MD
LG