Accessibility links

Vəkil: Natiq Cəfərlinin həbsi ictimai-siyasi faəliyyəti ilə bağlıdır [Audio-müsahibə]


REAL Hərəkatının icra katibi həbs edilib

Natiq Cəfərli ictimai-siyasi fəaliyyətinə görə həbs edilib. Bu barədə vəkil Cavad Cavadov Amerikanın Səsinə müsahibəsində bildirib.

REAL Hərəkatının icra katibi Natiq Cəfərli avqustun 12-də gecə saatlarında saxlanılıb və Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Cavad Cavadov

Cavad Cavadov

Vəkilin sözlərinə görə, Cəfərli QHT-lərə qarşı qaldırılan cinayət işi üzrə həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Vəkil bildirir ki, Natiq Cəfərli vergi öhdəliklərini tam yerinə yetirib.

“Hal-hazırda onun həbsilə bağlı qanunda nəzərdə tutulan əsaslı şübhə mövcud deyil”, vəkil qeyd edib.

Cavadov deyib ki, bundan öncə istintaq orqanı dəfələrlə Natiq Cəfərlini dəvət edib və o bütün çağırışlara əməl edib.

“Ona elan edilən ittiham və həbsi üçün hər hansı hüquqi əsas mövcud deyil. Ona görə də Cəfərlinin həbsini ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirirəm. Hətta ona elan edilən Cinayət Məcəlləsinin 192-ci maddəsi dekriminalizasiya olunub. Buna baxmayaraq Cəfərliyə bu maddə ilə ittiham irəli sürülüb”, vəkil qeyd edib.

Vəkil Cəfərlinin həbsi ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verəcək.

XS
SM
MD
LG