Accessibility links

Natiq Cəfərli: Dollara tələbat kəskin artacaq


Vəkil Cavad Cavadov avqustun 23-də REAL Hərəkatının 1 saylı Bakı İstintaq (Kürdəxanı təcridxanası) Təcridxanasında həbsdə olan icra katibi Natiq Cəfərli ilə görüşüb. Onun sözlərinə görə, Cəfərlinin səhhəti normaldır.

Vəkil iqtisadçı Cəfərlinin həbsxana kamerasında ölkədəki maliyyə böhranı ilə bağlı mesajını da Facebook profili vasitəsi ilədiqqətə çatdırıb. Natiq Cəfərli bildirib:

Kürdəxanıdan da manatın taleyini ürək ağrısı və tə'ssüf hissi ilə izləyirəm. Bu sahədə təcrübə və biliklərə malik olan şəxs kimi deyə bilərəm ki, yaxın həftələrdə manata olan təzyiqlər ciddi artacaq:

1) ölkədə 1, 4 mln şagird və tələbə yeni dərs ilinə hazırlaşır. Azərbaycanda qələm, pozan, dəftərdən tutmuş geyimə qədər bütün ləvazimatlar xaricdən gətirilir və yerli istehsal yoxdur. Buna görə dollara tələbat kəskin hiss edilməkdə davam edəcək;

2) FED yaxın 2 ayda faiz dərəcəsini 1% artıracaq.

Bu və neftin qiymətinin qalxma ehtimalının olmaması (hətta sentyabrdan ABŞ və digər ölkələrdə neftayırma zavodlarının cari təmirə dayanmaları neft ehtiyatlarını daha artıracaq) manata kəskin təzyiqlər nəticəsində məzənnəni yaxın vaxtlarda 1,65 edəcək, növbəti hədəf 1, 95 olacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG