Accessibility links

"Azadlıq" qəzetinin müxbirinə xəbərdarlıq edilib [Video-müsahibə]


O, xəbərdarlığı jurnalist fəaliyyətinə təzyiq, hədə-qorxu hesab edir

“Azadlıq” qəzetinin müxbiri Natiq Ədilov noyabrın 4-də Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.

​Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov və Bakı şəhər prokuroru Əziz
Natiq Ədilov xəbərdarlıq edilib

Natiq Ədilov xəbərdarlıq edilib

Seyidov müxbiri mətbuatda və sosial şəbəkələrdəki yazıları ilə bağlı xəbərdarlıq edib.

Ədilov hər iki vəzifəli şəxsdən konkret olaraq hansı məqaləsi və ya statusu ilə bağlı xəbərdarlıq edildiyini soruşub. Onlar belə yazıların çox olduğunu deyib.

“Mən xəbərdarlığı qəbul etmədiyimi bildirdim və imzalamadım. Hesab edirəm ki, bu mənim jurnalist fəaliyyətimlə bağlı təzyiq və hədə-qorxudur. Hər iki vəzifəli şəxsin hərəkətindən məhkəməyə şikayət edəcəm”, o Amerikanın Səsinə müsahibəsində qeyd edib.

Natiq Ədilov xəbərdarlıq edilib

Natiq Ədilov xəbərdarlıq edilib

Müxbirə təqdim edilən yazılı xəbərdarlıqda deyilir ki, Natiq Ədilov mətbuatda və sosial şəbəkələrdə ölkənin dinamik inkişafına, həyat səviyyəsinin yaxşılaşmasına, iqtisadi qüdrətinin güclənməsinə xidmət edən islahatların mahiyyətini və əsl gerçəkliklərini əks etdirməyən, əxlaqa və etikaya sığmayan fikirlər səsləndirir və görüntülər yerləşdirir. Bununla iqtisadi sahədə həyata keçirilən tədbirlərin üzərinə kölgə salmaq və ictimai rəyi çaşdırmaq məqsədi güdür”.

Bakı şəhər prokurorluğu xəbərdarlıq edir ki, Natiq Ədilov gələcəkdə “bu xarakterli əməllərini davam etdirsə barəsində qanunverciliyə uyğun olaraq ciddi tədbirlər görüləcək”.
XS
SM
MD
LG