Accessibility links

Natiq Cəfərli: Manatın az-az olsa da dəyərdən düşməsi prosesi davam edəcək [Video-Müsahibə]


REAL Hərəkatının icraçı katibinin Amerikanın Səsinə müsahibəsi

Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində manatın ucuzlaşmasının real səbəbləri və böhrandan çıxmağın yollarından danışıb.

Amerikanın Səsi: Azərbaycan manatının ucuzlaşmasının əsas səbəbi nədir?

Büdcənin birbaşa 66 faizi neftdən asılıdır. Dolayısı asılılıq 80 faizə yaxındır. Xarici ticarətin 95 faizi neftdən asılıdır.

Natiq Cəfərli: Təbii ki, ilk səbəb neftin qiymətinin dünya bazarında kəskin enməsidir. Neftin qiyməti iki dəfəyədək aşağı düşdü. Azərbaycanın iqtisadi modeli çox primitiv şəkildə ancaq neft faktorundan asılı vəziyyətə salınıb. Büdcənin birbaşa 66 faizi neftdən asılıdır. Dolayısı asılılıq 80 faizə yaxındır. Xarici ticarətin 95 faizi neftdən asılıdır. Təbii ki, neftin qiymətinin aşağı düşməsi ölkəyə gələn valyuta ehtiyatlarına ciddi təsir göstərirdi və valyuta ehtiyatları azalmağa başlamışdı. Səbəblərdən birincisi budur.

İkinci səbəb isə ətrafda baş verən proseslərdir. Ölkəyə ikinci ən böyük valyuta axını Rusiyada yaşayan soydaşlarımızın ailələrinə göndərdiyi vəsait idi. Rəsmi məlumatlara görə, ildə 2,5 milyard dollar vəsait daxil olurdu. Son məlumatlara görə, bu daxilolmalar son altı ayda 3 dəfədən çox azalıb. Bu iki faktor manatın devalivasiyası üçün əsas yaratdı.

Amerikanın Səsi: Prezident İlham Əliyev də siz dediyiniz kimi manatın ucuzlaşmasını “qonşulardakı böhran və neftin ucuzlaşması” ilə əlaqələndirdi. Manatın ucuzlaşması başqa hansı səbəblərlə bağlıdır? Sizin münasibətiniz?

Neftin qiyməti və Rusiyadakı vəziyyət. Amma daha alt yapılarda daha ciddi problemlər var ki, bu da son dövrlərdə idarəetmədə yaranan problemlərdən irəli gəlir. Bu korrupsiyadan, inhisarçılıqdan, dövlət resurslarının normal idarə olunmamasından, dövlət investisiyalarında çox ciddi qanun pozuntularından və s. irəli gəlir.

Natiq Cəfərli: Təbii ki, görünən səbəb bunlardır və prezidentin çıxışında da bunlar qeyd olundu. Amma bunun alt yapısı da var. İndiki hökumət demək olar ki, aramsız 22 ildir ölkəni idarə edir. Ölkənin neftdən asılılığını bu illər ərzində xeyli azaltmaq lazım idi. Qeyri-neft sektorunu gücləndirmək lazım idi, qeyri-neft sektorunun ixracat potensialını artırmaq lazım idi. Köklü institusional islahatlara getmək lazım idi. Təəssüf ki, bunların heç biri edilməyib. Neft hasilatının artım tempi və qiymət artımı klassik dərəcədə, 100 dollardan artıq olduğu dövrdə hökumət tənbəlləşdi və heç bir islahat addımları atmadı. Bu gün qeyri-neft sektorunun ixracatda payı cəmi 2,3 faizdir. Yəni bu gün hətta devalivasiyadan sonra da illər lazım olacaq ki, Azərbaycan dünya bazarına qeyri-neft sektoru sahəsində rəqabətə davam gətirəcək məhsul çıxara bilsin. Yəni tək devalivasiya ilə qeyri-neft sektorunu inkişaf etdirmək, qeyri-neft sektorunun ixracat potensialını

Natiq Cəfərli

Natiq Cəfərli

artırmaq mümkün deyil. Görünən səbəblər bunlardır. Neftin qiyməti və Rusiyadakı vəziyyət. Amma daha alt yapılarda daha ciddi problemlər var ki, bu da son dövrlərdə idarəetmədə yaranan problemlərdən irəli gəlir. Bu korrupsiyadan, inhisarçılıqdan, dövlət resurslarının normal idarə olunmamasından, dövlət investisiyalarında çox ciddi qanun pozuntularından və s. irəli gəlir. Bütün bunlar toplanaraq sonda Azərbaycanda belə primitiv iqtisadi modelin yaranmasına səbəb odu ki, bu da xarici faktorlar qarşısında dözümlü olmadı.

Amerikanın Səsi: Dövlət başçısı son günlər banklardan hər gün 500 milyon dollar çəkildiyini deyib və bunu möhtəkirlərlə əlaqələndirib. Siz necə hesab edirsiniz? Bu daha kimlərlə bağlıdır? Eyni zamanda belə əməliyyatların aparılması ölkənin milli təhlükəsizliyi ilə bağlı siyasi risklər yarada bilərmi?

Çünki onlar da öz manatla olan vəsaitlərini (böyük vəsaitlər məhz onların əlindədir) tezliklə və külli miqdarda dollara çevirməklə bu prosesi daha da sürətləndirdilər.

Natiq Cəfərli: Bu sürət çox qəribə baş verdi, devalivasiya məsələsi. Çünki prezident bir ay öncə bunun ilkin siqnalını verdi ki, 1 manat 1 avro civarında olsa daha yaxşı olar. Bundan sonra Mərkəzi Bankın sədri Elman Rüstəmov xarici mətbuat orqanlarından birinə müsahibəsində anons etdi ki, devalivasiya olacaq. Təbii ki, bu ajiotaj yaratdı, insanlar əllərində, depozitlərində olan manat vəsaitlərini, obrazlı desək yastıq altında olan manatları dollara çevirməyə başladılar. Yəni burada möhtəkirlikdən söhbət gedə bilməz. Hansı qanun pozuntusundan söhbət gedə bilər ki, insanlar öz əllərində olan manatı dollara çevirdilər. Bunun üçün isə tamamilə leqal vasitələrdən istifadə etdilər. O ki, qaldı külli miqdarda vəsaitlərin banklardan çıxarılmasına, təbii ki, buna səbəblərdən biri ajiotaj oldu. İkinci səbəb isə, - bunu deməyə əlimizdə faktlar yoxdur, amma demək mümkündür ki, yuxarı eşelonda olan məmurların böyük əksəriyyəti bu prosesin baş verəcəyindən öncədən xəbərdar idi. Çünki onlar da öz manatla olan vəsaitlərini (böyük vəsaitlər məhz onların əlindədir) tezliklə və külli miqdarda dollara çevirməklə bu prosesi daha da sürətləndirdilər.

Ona görə yaxın gələcəkdə yüngül də olsa yenidən manatın ucuzlaşmasının şahidi ola biləcəyik.

Milli təhlükəsizlik məsələsinə gələndə təbii ki, maliyyə təhlükəsizliyi də milli təhlükəsizliyin tərkib hissəsidir. Azərbaycanın dayanıqlı iqtisadi modelinin olması, bank sisteminin dayanıqlı olması milli təhlükəsizliyin tərkib hissəsidir. Çox təəssüf ki, belə atılan xaotik addımlar manata, maliyyə-bank sisteminə olan güvəni sarsıtdı. Bu güvəni yaxın illərdə bərpa etmək mümkün olmayacaq. Bu proseslərdən çıxan ən böyük nəticə manata olan güvənin kökündən sarsılması oldu ki, bu da onu deməyə əsas verir ki, gələcəkdə manatın yüngül də olsa, az-az da olsa, addım-addım olsa da dəyərdən düşməsi prosesi davam edəcək, o vaxta ki, neftin qiyməti yenidən qalxmayacaq. Təəssüf ki, bütün proqnozlara görə, neftin qiymətinin qalxması ehtimalı çox aşağıdır. Ona görə yaxın gələcəkdə yüngül də olsa yenidən manatın ucuzlaşmasının şahidi ola biləcəyik.

Show comments

XS
SM
MD
LG