Accessibility links

NATO-nun Baş katibi Anders Fogh Rasmussen Şimali Atlantik alyansın Rusiyanın Ukraynada addımlarına cavab olaraq Şərqi Avropada hərbi mövcudluğunun gücləndirilməsi məqsədilə bir sıra təxirə salınmaz addımların atılması haqda qərar verdiyini bildirib.

Brüsseldə NATO-nun qərargahında mətbuat konfransı zamanı danışan Rasmussen yaxın günlərdə havada, suda və quruda qüvvələrin hazır vəziyyətə gətiriləcəyini deyib.

Rasmussenin sözlərinə görə, Baltika regionunda hava polisi patrulu gücləndiriləcək, eyni zamanda, Baltik və Aralıq dənizləri üzərində təyyarələrin uçuşları artırılacaq. NATO-nun Baş katibi təlimlərin keçirilməsi və alyansın hazırlıq səviyyəsinin artırılması üçün regiona hərbi personalın yerləşdiriləcəyini deyib.
XS
SM
MD
LG