Accessibility links

NATO- nun Baş katibi regional təhlükəsizliyi müzakirə etmək üçün Pakistandadır


Qərb ölkələri Əfqanıstanda müharibədə Pakistanı mühüm ortaq kimi görürlər

NATO- nun Baş katibi Anders Foq Rasmussen regional sabitlik və təhlükəsizlik sahələrində Pakistanın rolunu alqışlayıb. Rasmussen bu gün İslamambadda Pakistanın Xarici İşlər Naziri ilə danışıqlar zamanı hökumətə qəbilələrin yaşadığı regionda militantlar əleyhinə keçirilən əməliyyatlara dair tövsiyələr verib. NATO rəhbəri və Qureyşi Pakistanın qonşusu olan Əfqanıstandan kənarda siyasi və hərbi əlaqələrin gücləndirilməsi məqsədilə danışıqlar aparıblar. Bu gün Pakistanın Xarici İşlər Naziri Şah Mahmud Qureyşi ilə mətbuat konfransında danışan Rasmussen eyni zamanda, NATO qüvvələrinin Əfqanıstanda təhlükəsizliyə görə məsuliyyətin əfqan qüvvələrinə təhvil verilməsindən sonra da ölkədə mövcudluğuna dair öhdəliyini bir daha vurğulayıb. O deyib ki, NATO ümumi sabitliyi təmin etmək üçün Əfqanıstandadır. Rasmussen bu açıqlamaları Kabildə əfqan hökümətinin təhlükəsizliyə tam nəzarəti öz üzərinə 2014-cü ildə götürəcəyi barədə planın təsdiq edildiyi beynəlxalq konfransda iştirak edəndən bir gün sonra verib. Qərb ölkələri Əfqanıstanda müharibədə Pakistanı mühüm ortaq kimi görürlər. Taliban və əl-Qaidə yaraqlıları hər iki ölkə arasında sərhəd dağ regionunda məskunlaşıblar.

XS
SM
MD
LG