Accessibility links

NATO-nun genişdirilməsi və Açıq Qapı siyasətinə dair konfrans (video)


May ayının 9-u Vaşınqton şəhərində Amerika Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunda “NATO-nun genişlənməsi və Açıq Qapı Siyasəti” mövzusunda konfrans keçirilib.

Müzakirələr institutun dekanı Ceyms Qoldgeir və Qara dəniz və Xəzər araşdırmalar mərkəzinin direktoru Mamuka Tsereteli tərəfidən aparılıb. Konfrnsda Atlantik Şuranın icraçı vitse-prezidenti Daymon Vilson, ABŞ Senatının Xarici Ələqələr komitəsinin sədri senator Ceyn Şeynin Müdafiə və Xarici siyasət məsələləri üzrə məsləhətçisi Çad Kreikemeir və Senatın Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya məsələləri üzrə heyətinin üzvü Marik Strinq çıxış ediblər.

Atlantik Şuranın vitse-prezidendi Daymon Vilson NATO-ya üzv olmaq istəyən ölkələrin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etdi. O, Bosniya, Monteneqro, Gürcüstan və Makedoniya kimi NATO üzvlüyünə iddiaçı ölkələrin liderlərilə bu vəzifələrin müzakirə edilməsi üçün görüşlər keçiriləcəyini bildirib. O, Çikaqo zirvə görüşündə Qafqaz regionundan yalnız Gürcüstanın NATO-ya üzvlülüyünün müzakirə olunacağını bildirdi. Cənab Daymon təəssüf hissilə Azərbaycan və Ermənistanın gözləntiləri doğrultmadığını, lakin Ukrayna da daxil olmaqla, bu ölkələrlə NATO-nun sülh naminə tərəfdaşlıq proqramı çərəivəsində işin davam etdiriləcəyini deyib.

Daymon Vilson NATO Təhlükəsizlik Şurasının İrana dair Rusiya hökumətilə danışıqları davam etdirəcəyini də qeyd edib.

Xarici siyasət məsələləri üzrə məsləhətçi Çad Kreikemeir çıxışında Sovet İttifaqının dağılmasından sonrakı dövrdəki reallıqlara toxundu.

Çad Kreikemeir: “Xatırlayırsınızsa 1992-ci il çox çətin dövr idi. Sovet İttifaqı dağılırdı və o dövrdə həddindən artıq nüvə silahı var idi.”

Çad Kreikemeir NATO-nun yalnız daimi üzv ölkələr deyil, üzvlüyə iddiaçı dörd ölkənin də maliyələşdirilməsinin vacibliyindən danışıb. O, yanvar ayında ABŞ-ın Gürcüstanla təhlükəsizlik sahəsində birgə işləməsi və bunun nəticəsində inkişafın əldə edildiyini bildirib. Cənab Kreikemeir ABŞ-ın bundan sonra da Gürcüstanla təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinin və hərbi təlimlərdə bərabər iştirak etməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, İraqla müharibədə NATO-nun əsas tərəfdarları NATO-ya ötən 20 il ərzində üzv olan kiçik ölkələr idi. Məsləhətçi 20 il ərzində NATO-nun əldə etdiyi mühüm nailiyyətlərdən biri kimi Baltik və Şərqi Avropada bəzi ölkələrin qısa bir müddət ərzində təhlükəsizlik sahəsində istehlakçı ölkədən istehsalçı ölkəyə çevrilməsini göstərdi. O, NATO-nun bu istiqamətdə işi davam etdirməsinin önəmini qeyd edib.

Çad Kreikemeir: “Böyük büdcə kəsirləri, diqqətin Asiya yönəlməsi, müdafiə xərclərinin azaldılması, geriyə çəkilmək kimi bir tendensiya gözləntilərin azaldığı kimi səhv bir nəticəyə gətirə bilər. Bu, səhv olardı. NATO iqtisadi böhran dpvrü bütün dünyaya zəiflədiyini deyil, əksinə inkaşaf etməyə davam etdiyi haqda mesaj göndərməlidir.”

Məsələyə münasibətini bildirən ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya məsələləri üzrə heyətinin üzvü Marik Strinq Xəzər dənizi və Qara dəniz bölgəsində ABŞ-ın Gürcüstana münasibətdə daha çevik siyasət yürütdüyünü bildirib və qeyd edib ki, başqa ölkələrlə müqayisədə Gürcüstan ABŞ və NATO ilə daha çox əlaqələr qurduğundan bu ölkə daha çox diqqətə layiqdir.

Marik Strinq: “Düşünürəm ki,Çikaqoda keçiriləcək zirvə görüşü üzvlüyə iddiaçı dörd ölkəyə müsbət mesaj göndərəcək. Bu mesaj ondan ibarətdir ki, Bosniya, Monteneqro, Gürcüstan və Makedoniya NATO-ya üzv olmağa həmişə olduğundan daha yaxındır. Bundan başqa burada fəal şəkildə üzvlük prosesinə daxil olmayan Ukrayna, Moldova, Azərbaycan və Ermənistana da yardımın əhəmiyyəti göstəriləcək.”

O, üzvlüyə iddiaçı ölkələrin öhdəliklərini NATO hesabına deyil, özləri tərəifndən maliyələşdirməklə yerinə yetirdiyini xüsusi vurğulayıb. Marik Strinq eyni zamanda Gürcüstan əsgərlərinin yalnız ölkənin özündə deyil, xarici ölkələrdə də xidmət edəcəklərini deyib.

XS
SM
MD
LG