Accessibility links

NATO baş katibi ABŞ-da səfərdədir


NATO-nun baş katibi Cens Stoltenberq ABŞ-da Atlantik Şurasında keçirilən forumda deyib ki, NATO gələcəyin təminatçısıdır.

Amerikanın Səsinə verdiyi müsahibədə cənab Stoltenberq bildirib ki, NATO Yaxın Şərqdə, Şimali Afrika və həmçinin şərqdə Rusiyanın təzyiqlərinə qarşı problemlərlə üzləşməyə hazır olmalıdır.

O, İslam Dövləti qrupunun müəyyən bir vaxta kimi regionda problem olaraq qalacağını düşünür.

Baş katib həmçinin ABŞ liderləri ilə Varşavada iyul ayında keçirilməsi nəzərdə tutulmuş NATO sammiti haqda müzakirələr keçirib. Sammitdə Yaxın Şərq və Avropadakı miqrant böhranının əsas müzakirə mövzusu olacağı gözlənilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG