Accessibility links

NATO-nun Əfqanıstandakı hava hücumları zamanı 5 əsgər ölüb


NATO-nun Əfqanıstanın şərq bölgəsindəki Loqar vilətində bu gün səhər tezdən həyata keçirdiyi hava hücumları 5 əfqan əsgərinin ölümünə, azı 8-nin yaralanmasına səbəb olub.

Birləşmiş Ştatların başçılıq etdiyi beynəlxalq qüvvələrin sözçüsü hərbi əməliyyat zamanı
əsgərlərin təsadüfən öldürüldüyünü bildirib. Sözçü hadisə ilə bağlı təhqiqat aparıldığını deyib və ölən əsgərlərin ailələrinə başsağlığı verib.

Hava hücumunda hansı silahlardan istifadə edildiyi və haranın hədəf alındığı bəlli deyil.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG