Accessibility links

Həmid Karzay təhlükəsizlik razılığını dəstəklədiyini deyir


Əfqan prezidenti Həmid Karzay ağsaqqalları Birləşmiş Ştatlarla Əfqanıstan arasında təhlükəsizliklə bağlı əldə edilən razılığı təsdiqləməyə çağırıb.

Həmid Karzay Amerika ilə əldə edilən təhlükəsizlik razılığını dəstəklədiyini, yalnız razılığın aprel ayında keçiriləcək prezident seçkilərinə qədər imzalanmayacağını deyib.

2500 qəbilə, icma və qanunverici qarşısında çıxış edən dövlət başçısı razılığın uzun müddət ərzində Əfqanıstanın mənafeyinə xidmət edə biləcəyini deyib.

2015-ci ilin yanvar ayının 1-də qüvvəyə minəcək razılığa görə ABŞ-ın hərbi və mülki personalının 10 il, bəlkə də daha artıq müddətə Əfqanıstanda qalmasına yol açacaq.

Əfqan hökumətinin internetdə yayımladığı razılığın mətnində deyilir ki, ABŞ qoşunları əfqanların evlərinə yalnız müstəsna hallarda daxil olacaq.

Görüşdən bir neçə saat əvvəl dövlət katibi Con Kerri tərəflərin təhlükəsizlik barədə ikitərəfli razılğının yekun mətni ilə razılaşdıqlarını deyib.

“Loya Cirgə” adı ilə tanınan Ağsaqqallar Şurası razılığı üç gün müzakirə ediləcək.

Razılıq Əfqanıstan parlamentində səsə qoyulmazdan əvvəl ağsaqqallardan ibarət qrup tərəfindən təsdiqlənməlidir.

Qrup razılığın müddəalarını yoxlaya və ya rədd edə bilər. Razılığın rədd edilməsi Əfqanıstan hökumətinin sənədi imzalamasının qarşısını ala bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG