Accessibility links

NATO və Azərbaycan arasında növbəti görüş keçirilib


NATO-Azərbaycan bayraqları
NATO-Azərbaycan bayraqları

Görüşdə Azərbaycanda aparılan müdafiə islahatları, hərbi təlim və tədris, NATO qüvvələri ilə uyarlılıq məsələləri müzakirə edilib

İyunun 10-da NATO-nun mənzil-qərargahında NATO və Azərbaycan arasında Planlaşdırma və Analiz Prosesi (PAP) çərçivəsində Siyasi və Tərəfdaşlıqlar Komitəsində növbəti görüş keçirilib.

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin məlumatına görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, NATO-nun üzv və dəvət olunmuş bir sıra tərəfdaş ölkələrin rəsmiləri, həmçinin NATO-nun Beynəlxalq və Beynəlxalq Hərbi Katibliyinin mütəxəssislərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycanda aparılan müdafiə islahatları, hərbi təlim və tədris, NATO qüvvələri ilə uyarlılıq, həmçinin ikitərəfli tərəfdaşlığa aid digər məsələlər müzakirə edilib.

Eyni zamanda, Azərbaycan nümayəndə heyətinə daxil ola mütəxəssislərin NATO-nun Beynəlxalq və Beynəlxalq Hərbi Katibliyi, həmçinin Alyansın bir neçə üzv və tərəfdaş ölkələrin rəsmiləri ilə bir sıra spesifik əməkdaşlıq sahələrin müzakirəsi məqsədilə ikitərəfli işçi görüşləri də baş tutub.
XS
SM
MD
LG