Accessibility links

NATO Bamiyan vilayətinin təhlükəsizliyini əfqan qüvvələrinə təhvil verdi

  • Amerikanın səsi

NATO Bamiyan vilayətinin təhlükəsizliyini əfqan qüvvələrinə təhvil verdi

NATO Bamiyan vilayətinin təhlükəsizliyini əfqan qüvvələrinə təhvil verdi

NATO Əfqanıstanın mərkəzi Bamiyan vilayətində təhlükəsizliyi yerli qüvvələrə təhvil verib.

Bamiyan təhvil prosesinin ilkin mərhələsində təhlükəsizliyin əfqan ordusuna ötürüləcəyi yeddi vilayətdən biridir.

Bazar günü keçirilən mərasimdə Yeni Zelandiya qüvvələri rəsmən təhlükəsizliyi əfqan milli ordusuna həvalə edib.

2001-ci ildə Taliban devrildikdən bəri Bamiyanda toqquşmalar nisbətən az olub. Burada vaxtikən 6-cə əsrdə inşa edilmiş iki nəhəng Buddist heykəl Taliban tərəfindən dağıdılmışdı.

2014-cü ilin sonunadək NATO-nun təhlükəsizliyi Əfqanıstan ordusu və polisinıə tam təhvil verəcəyi gözlənilir.

XS
SM
MD
LG