Accessibility links

Əfqanıstanda ABŞ və NATO-nun hərbi bazasına hücum edilib. Əfqan rəsmilərə bazaya qarşı bir neçə hücumla yanaşı Cəlalabad aeroportunun girişində iki maşına yerləşdirilmiş bombaların işə düşdüyünü bildirir. Nəticədə bir əfqan təhlükəsizlik işçisi həlak olub. Bir neçə adam xəsarət alıb.

Hadisə yerində aşkar edilən bir neçə digər cəsədin intiharçılara məxsus olduğu təxmin edilir.

Hücumun məsuliyyətini Taliban üzərinə alıb.
XS
SM
MD
LG