Accessibility links

NATO üzvləri Liviyada əməliyyatları davam etdirmək üçün imkanlar və resursları müzakirə edir


NATO üzvləri Liviyada əməliyyatları davam etdirmək üçün imkanlar və resursları müzakirə edir
NATO üzvləri Liviyada əməliyyatları davam etdirmək üçün imkanlar və resursları müzakirə edir

Belqradda NATO-nun konfransı keçirilir

NATO-nun yüksək səviyyəli rəsmisi, Fransa generalı Stefan Abrial deyib ki, alyans Liviyada missiyanı yerinə yetirmək üçün bütün imkanlara malikdir. Lakin o eyni zamanda xəbərdarlıq edib ki, Liviya lideri Müəmmar Qəzzafiyə qarşı əməliyyatlar uzun müddət davam etsə, resurslar məsələsi ciddi şəkildə ortaya çıxacaq. General bu açıqlamalaı bu gün NATO-nun Serbiya paytaxtı Belqradda keçirilən konfransı zamanı verib. Bundan bir gün öncə Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin admiralı Mark Stanhop xəbərdarlıq edib ki, Britaniya flotiliyası Liviya sahillərində bu miqyasda əməliyatlara davam gətirməyə bilər.

XS
SM
MD
LG