Accessibility links

NATO qüvvələrinə məxsus hərbi it Taliban tərəfindən ələ keçirilib


Taliban NATO-nun Əfqanıstandakı hərbi qüvvələrinin itini ələ keçirdiyini bildirib.Yaraqlılar itin videosunu Facebook-a yerləşdirib. Məlumatda keçən ilin sonunda Əfqanıstanın şərqindəki Lağman vilayətində döyüşlər zamanı ələ keçirilən itin üzərində kamera və naviqator sisteminin olduğu bildirilir.

NATO keçən ilin dekabr ayında hərbi əməliyyatlar zamanı həmin itin itkin düşdüyü barədə məlumatı bu gün təsdiqləyib, lakin detalları açıqlamayıb. Qərbin hərbi rəsmiləri anonim olaraq itin Britaniya ordusuna aid olduğunu bildirib.

Talibanın bildridiyinə görə, "Polkovnik" adı verdikləri itin hal-hazırda vəziyyəti yaxşıdır. Videoda hərbi gödəkcə geyindirilmiş itin silahlı şəxslərlə əhatə olunduğu nümayiş etdirilir. Taliban sözçüsü hələlik itin taleyi barədə heç bir qərar verilmədiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG