Accessibility links

NATO-nun Baş katibi Avropa Birliyini Türkiyəyə münasibətinə görə tənqid edir


NATO-nun Baş katibi Avropa Birliyini Türkiyəyə münasibətinə görə tənqid edir

NATO-nun Baş katibi Avropa Birliyini Türkiyəyə münasibətinə görə tənqid edir

Rasmussen Danimarkanın Politiken qəzetinə verdiyi müsahibədə deyib ki, Avropa Birliyinin liderləri Ankara hökuməti ilə münasibətləri yaxşılaşdırmaq üçün bir sıra addımlar atmalıdır

NATO-nun Baş katibi Anders Foq Rasmussen Avropa Birliyini Türkiyəyə onun sözlərilə “ədalətsiz” münasibət göstərdiyinə görə tənqid edib. Rasmussen Danimarkanın Politiken qəzetinə verdiyi müsahibədə deyib ki, Avropa Birliyinin liderləri Ankara hökuməti ilə münasibətləri yaxşılaşdırmaq üçün bir sıra addımlar atmalıdır. Onun bildirdiyinə görə, Türkiyə ölkənin hərbi qüvvələrinin cəlb olunduğu hərbi əməliyyatlarla bağlı qərarların verilməsi prosesində daha çox iştirak etməli və Birlik Türkiyənin Avropanın Müdafiə agentliyinə üzv olmaq haqda müraciətini təmin etməlidir. Rasmussenə istinadə edən qazet yazır ki, Türkiyənin hərbi inkişafa dair agentliyə daxil edilməməsi haqsızlıqdır. Rasmussen deyib ki, bu addımlar Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı danışıqlardan ayrı atılmalıdır.

XS
SM
MD
LG