Accessibility links

NATO üzvləri Əfqanıstandan çıxış strategiyasının şərtlərini razılaşdırıb


Tallində görüşən NATO xarici işlər nazirləri bu il Əfqanıstanda nəzarətin əfqan hökumətinin özunə həvalə edilməsinə dair razılıq əldə ediblər.

Estoniya paytaxtında görüşən NATO xarici işlər nazirləri bu il Əfqanıstanda nəzarəti əfqan hökumətinin özunə həvalə etməyə dair razılıq əldə ediblər. Cümə günü Tallində danışıqlar zamanı ABŞ dövlət katibi Hilari Klinton daxil olmaqla, xarici işlər nazirləri təhlükəsizliyə nəzarətin əfqan qüvvələrinə keçidi üçün şərtləri razılaşdırıblar.

NATO-nun baş katibi general Anders Foq Rasmusen bildirib ki, alyansın 2010-cu il üçün məqsədlərindən biri Əfqanıstan hökumətinin öz suverenliyini təsbit edə bilməsində yardımçı olmaqdır. Cənab Rasmusen habələ söyləyib ki, Əfqanıstan vətəndaşları və ölkəyə qoşun göndərən digər ölkələr bu istiqamətdə nəzərə çarpacaq inkişaf görmək istəyir.

Klinton gələcək illərdə Talibanın Əfqanıstan üçün təhlükə olaraq qalmaqda davam etməsi barədə xəbərdarlıq edib. O bildirib ki, alyans insanları müdafiə etmək məqsədi ilə yerli təhlükəsizlik qüvvələrinin yaradılması istiqamətində işlər görür. NATO-nun Əfqanıstanda 40 ölkədən 80 000 yaxın hərbi qüvvəsi var.

ABŞ prezidenti Barak Obama 2011-ci il iyul ayından başlamaq şərti ilə amerika ordularının ölkədən çıxarılmasını qarşıya məqsəd qoyub.

XS
SM
MD
LG