Accessibility links

NATO hava hücumları Liviyada hökümət qüvvələrini sarsıdıb


NATO hava hücumları Liviyada hökümət qüvvələrini sarsıdıb

NATO hava hücumları Liviyada hökümət qüvvələrini sarsıdıb

NATO hava hücumlarının Liviyada hökümət qüvvələrinin sarsıtdığını bildirib. NATO baş katibi Anders Fogh Rasmussen deyib ki, müttəfiq qüvvələr Qəzzafinin müharibə maşınını ciddi şəkildə zədələyiblər. O, davamlı hərbi və siyasi təzyiqin müxalifətin dəstəyi ilə bərabər Qəzzafi rejiminə gec-tez son qoyacağını deyib. Bu arada Tripolidə 100 nəfər Qəzzafini dəstəkləmək məqsədilə şüarlar səsləndirib və avtomobillərdən siqnallar veriblər. Kiçik nümayişə səbəb hökumət qüvvələrinin Benqazi şəhərini ələ keçirdikləri haqda dövlət mətbuat orqanlarında yayımlanan məlumat olub. Lakin müxalifət qüvvələrinin bu regionda hansısa mövqe itirdikləri haqda müstəqil agentliklər məlumat verməyiblər.

XS
SM
MD
LG