Accessibility links

NATO hava qüvvələrinin hücumları zamanı Əfqan əsgərləri qətlə yetirilib


NATO hava qüvvələrinin hücumları zamanı Əfqan əsgərləri qətlə yetirilib

NATO hava qüvvələrinin hücumları zamanı Əfqan əsgərləri qətlə yetirilib

Əfqanıstanın Müdafiə Nazirliyi insidenti qınayıb və NATO-nun Əfqan əsgərlərinə səhvən atəş açmasının ilk dəfə olmadığını deyib

Əfqanıstan rəsmiləri bu gün ölkənin şərqindəki Qəzni vilayətində NATO hava qüvvələrinin etdiyi hücumlar zamanı səhvən 5 Əfqan əsgərini qətlə yetirdiklərini bildirmişlər. Əfqanıstan Müdafiə Nazirliyinin sözçüsü Zahir Əziminin dediyinə görə, səhvən edilən hücum zamanı iki əsgər də yaralanıb. Sözçü insidenti qınayıb və bildirib ki, bu birinci dəfə deyil ki, NATO əfqan əsgərlərinə səhvən atəş açıb. NATO sözçüsü Cozef Blotz da ölümlə nəticələnən hadisədən təəssüf hissi keçirildiyini deyib və insidentlə bağlı birgə təhqiqat aparılacağına söz verib.

XS
SM
MD
LG