Accessibility links

NATO ilə əməkdaşlıq edən şirkətə yaraqlılar hücum edib

  • Amerikanın səsi

NATO ilə əməkdaşlıq edən şirkətə yaraqlılar hücum edib

NATO ilə əməkdaşlıq edən şirkətə yaraqlılar hücum edib

Rəsmilər silahlı intiharçı hücumçuların Əfqanıstanın qərbində, Herat vilayətində NATO qüvvələri ilə əməkdaşlıq edən şirkətə hücum edtdiyini bildirib. Bu günkü intiharçı hücumu ES-KO şirkətinin ofisinin həyətində baş verib. Daha sonra silahlı şəxslər ofisin içərisinə daxil olaraq əfqan təhlükəsizlik qüvvələri ilə saatlarla atışıb. NATO hücumun qarşısını almağa yardım məqsədi ilə yer və havadan cavab atəşi açıb. ES-KO-nun veb səhifəsində deyilir ki, şirkət Əfqanıstandakı koalisiya qüvvələrini ərzaqla təmin edir.

XS
SM
MD
LG