Accessibility links

Pakistanda NATO təchizat karvanına silahlı hücum edilib


Yük maşınının sürücüsü öldürülüb, bir nəfər yaralanıb

Pakistan rəsmilərinin məlumatinda bildirilir ki, Əfqanıstanda xidmət edən NATO əsgərlərinə təchizat yükü aparan konvoya silahli hücum edilib. Nəticədə silahlı şəxslər sürücünü öldürmüş, digər bir şəxsi yaralamışlar.

Rəsmilərin bildirdiyinə görə, silahlı hücum çərşənbə axşamı Pakistanın Xeybər tayfa regionunun əsas şəhəri sayılan Camrudda baş verib.

Bu, Pakistanın yeddi aylıq blokadasından sonra yenidən açılmış NATO təchizat yolunda maşın karvanına qarşı ilk hücumdur.

Çərşənbə axşamı törədilmiş hücumun məsuliyyətini dərhal öz üzərinə götürən olmayıb.
Bundan öncə Talibanın Pakistan qanadı NATO konvoylarına hücum etməklə hədələmişdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG