Accessibility links

Əbdel Rəhim Əl-Keeb Liviyanın müvəqqəti baş naziri təyin edilib


Əbdel Rəhim Əl-Keeb Liviyanın müvəqqəti baş naziri təyin edilib
Əbdel Rəhim Əl-Keeb Liviyanın müvəqqəti baş naziri təyin edilib

Liviyanın Milli Keçid Şurası Əbdel Rəhim Əl-Keebi ölkəyə müvəqqəti baş nazir təyin edib. Təyinat NATO Liviyada mülki əhalinin müdafiəsi məqsədi daşıyan 7 aylıq əməliyyatlarına son qoyduğu günə təsadüf edib. Missiyanın dayandırılması barədə qərar BMT-nin Təhlikəsizlik Şurası tərəfindən verilib. Baxmayaraq ki, Liviyanın müvəqqəti hökuməti alyansın ilin sonunadək missiyasını davam etdirməsinə çağırıb.

ABŞ dövlət katibi Hillari Klinton bildirib ki, Liviya birlik əldə edilməsi sahəsində ciddi çətinliklər qarşısındadır.

Liviyanın Milli Keçid Şurası ölkənin 42 illik Qəzzafi rejimindən qurtuluş gününü oktyabr ayının 23-də qeyd edib. Rəsmilərin bildirdiyinə görə, gələn bir neçə ay ərzində yeni hökumət təşkil edilməli,8 ay ərzində konstitusional assambleyaya seçkilər keçirilməlidir. Parlament və prezident seçkiləri bundan sonra baş tutmalıdır.

XS
SM
MD
LG