Accessibility links

NATO Liviyada humanitar vəziyyət pisləşdiyi təqdirdə, o ölkəyə qarşı hərbi ölçüləri nəzərdən keçirir

NATO-nun baş katibi alyansın Liviyada humanitar vəziyyət pisləşdiyi təqdirdə, o ölkəyə qarşı hərbi ölçüləri nəzərdən keçirdiyini bildirib. Anders Fog Rasmussen bunları NATO-nin müdafiə nazirlərinin yığıncağında deyib. Baş katib alyansın kəşfiyyat əməliyyatlarını gücləndirdiyini, lakin hələ heç bir qəti qərara gəlmədiyini bildirib. Anders Fog Rasmussen Liviyada durumu ciddi narahatlıqlar mənbəyi adalndırıb. O deyib ki, Liviya rejiminin mülki vətəndaşlara qarşı törətdikləri 24 saat ərzində təyyarələrlə yaxından izlənilir. NATO-nun baş katibi Liviya lideri Müəmmər Qəzzafinin öz xalqına qarşı hücumlarını kəskin şəkildə pisləyib. Rasmussen deyib ki, NATO qanuni və həqiqi ehtiyac əsasında addımlar atacaq. Qanuni əsas dedikdə Rasmussen BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsini nəzərdə tutub.

XS
SM
MD
LG