Accessibility links

NATO Liviyada üsyançıların tanklarını vurduğunu təsdiq etdi


NATO Liviyada üsyançıların tanklarını vurduğunu təsdiq etdi

NATO Liviyada üsyançıların tanklarını vurduğunu təsdiq etdi

NATO hava hücumları nəticəsində Breqa şəhəri yaxınlığında Liviya üsyançılarına məxsus tankları vurduğunu təsdiq edərək qurudakı mürəkkəb vəziyyəti tənqid edib.

NATO komandir müavini Russel Hardinq jurnalistlərə deyib ki, müttəfiq qüvvələr əvvəllər heç vaxt üsyançıların tanklardan istifadə etdiyini görməyib. Üsyançıların liderlərinin sözlərinə görə, hücumlar nəticəsində 4 nəfər həlak olub.

Hardinq insidentə görə üzr istəməkdən boyun qaçırıb və deyib ki, Breqada mürəkkəb vəziyyət zirehli maşınları kimin idarə etməsini müəyyənləşdirməyi çətinləşdirib.

XS
SM
MD
LG