Accessibility links

NATO Liviyadakı missiyanı davam etdirəcək


NATO Liviyadakı missiyanı davam etdirəcək

NATO Liviyadakı missiyanı davam etdirəcək

Müəmmər Qəzzafinin israrla hakimiyyəti tərk etməkdən boyun qaçırdığı bir zamanda NATO Liviyadakı hərbi missiyasını əlavə 90 gün uzadacağını elan edib.

NATO Baş Katibi Anders Foq Rasmussen bu açıqlamanı çərşənbə günü verib. Onun sözlərinə görə bu açıqlama Qəzzafiə rejiminə qarşı təzyiqlərin davam edəcəyi barədə aydın mesajdır.

Hava zərbələri və qeyri-uçuş zonasınn tətbiqindən ibarət hazırkı missiya iyunun sonunda bitəcəkdi. Missiyanın uzadılması o deməkdir ki, NATO əməliyyatları sentyabr ayınadək davam edəcək.

Bu arada ABŞ Dövlət Departamenti və Dövlət Katibi Hillari Klinton Liviya münaqişəsini müzakirə etmək üçün gələn həftə Birləşmiş Ərəb Əmirliklərinə səyahət edəcəklər.

Bu ayın əvvəlində 22 millətin üzv olduğu Liviya Əlaqə Qrupu üsyançılara ərzaq və hərbi yardım göstərmək barədə razılığa gəlmişdi.

XS
SM
MD
LG