Accessibility links

NATO Liviyadakı mülki vətəndaşların qorunması üçün daha çox iş görməyə çağırılır


Fransanın xarici işlər naziri Alain Juppe
Fransanın xarici işlər naziri Alain Juppe

Fransa və Britaniya NATO tərəfdaşlarını Liviyadakı mülki vətəndaşların qorunması üçün daha çox iş görməyə çağırıb. Bu, hökumət qüvvələri ilə üsyançıların atəşkəs barədə qərarı pozaraq, qarşıdurmaların davam etməsindən sonra baş verib. BMT-nin Liviya səması üzərindən uçmamaq və NATO-nun hücumlarına nəzarət planına baxmayaraq, Fransanın xarici işlər naziri Alain Juppe bu gün radio ilə çıxışı zamanı alyans qüvvələrinin Liviya prezidenti Müəmmər Qəzzafiyə məxsus ağır texnikanı sıradan çıxarmalı olduğunu deyib. Cənab Juppe bu barədə narahatlıqlarını Avropa Birliyi xarici işlər nazirlərinin bugünkü və bu həftənin sonu NATO nazirlərinin yığıncaqlarında izhar edəcəyini bildirib. Britaniyanın xarici işlər naziri Villiam Heyq da öz növbəsində alyansa daxil olan ölkələri daha çox hərbi təyyarə verməyə çağırıb.

XS
SM
MD
LG