Accessibility links

Monteneqro NATO-dan üzvlüyə dair dəvət alıb


NATO-nun Baş katibi Yens Stoltenberq
NATO-nun Baş katibi Yens Stoltenberq

NATO rəsmən Monteneqro dövlətini ittifaqa qoşulmağa dəvət edib.

NATO-nun Baş katibi Yens Stoltenberq bu haqda acıqlamanı alyansın xarici işlər nazirləri ilə görüşündə verib. O bu addımı bir vaxtlar Yuqoslaviyanın bir hissəsi olan dövlət üçün tarixi nailiyyət adlandırıb.

ABŞ Dövlət katibi Con Kerri Brüsseldə jurnalistlərə müsahibəsində bu addımı alqışlayıb.

Monteneqronun Baş nazirinin müavini İqor Luksik Brusseldə NATO toplantısında çıxışı zamanı dəvəti xalqı üçün böyük şərəf adlandırıb və bunun doqquz il bundan əvvəl müstəqillik qazanan ölkə üçün tarixi bir mərhələ olduğunu deyib.

O deyib ki, Monteneqronun nailiyyəti digər Balkan dövlətləri üçün yaxşı xəbərdir, çünki bu, bütün regionda təhlükəsizlik və sabitliyin gücləndirilməsi deməkdir.

Rusiya Monteneqronun ittifaqa qoşulmasına açıq şəkildə etiraz edib. Monteneqro Rusiya üçün həm istirahət, həm də xarici investisiya baxımından əlverişli yer hesab edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG