Accessibility links

Moskva Şərqi Avropada müdafiəni gücləndirdiyinə görə NATO-nu qınayır


Bazar ertəsi NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, qarşıdan gələn zirvə görüşü ittifaqın Avropa və Baltikyanı dövlətlərdəki müdafiə məqsədli mövcudluğunu artıracaq. Stoltenberq Varşavada keçiriləcək NATO sammitindən öncə Polşada səfərdədir. Bu arada, NATO-nun Parlament Assambleyası Albaniya paytaxtında keçirilən iclasda alyans üzvlərini cənub və şərqdə təhlükəsizliyi təhdid altında olduğuna inanılan üzv ölkələrə dəstəyi artırmağa çağırıb. Rusiyanın Brüsseldə NATO-dakı nümayəndəsi isə qrupu Soyuq Müharibə üsullarına əl atmaqda ittiham edir.

Bizim etdiyimiz hər bir şey müdafiə xarakteri daşıyır, tarazlaşdırılıb və beynəlxalq öhdəliklərimizə uyğundur.

Rusiya Polşa və Baltikyanı ölkələrin sərhədinə yaxın yerlər daxil olmaqla bir sıra regionlarda hərbi təlimlər keçirir. Rəsmilər deyir ki, hərbi qüvvələr NATO-nun Rusiya sərhədləri yaxınlığında qüvvələrin yerləşdirilməsi planına hazır olmaq üçün təlimlər keçib. Rusiya həmçinin bildirib ki, bir il öncə Ukraynada ilhaq etdiyi Krım yarımadasında nüvə qabiliyyətinə malik uzun mənzilli bombardmançılar göndərəcək.

NATO-nun baş katibi Yens Stoltenberq ittifaqın şərq bölgəsi, xüsusən də Polşa və Baltikyanı dövlətlərdə çevik qüvvələrin yerləşdirəcəyini elan edib.

“Bizim etdiyimiz hər bir şey müdafiə xarakteri daşıyır, tarazlaşdırılıb və beynəlxalq öhdəliklərimizə uyğundur,” deyə cənab Stoltenberq bildirib.

Moskva bu iddianı rədd edir və NATO-nun keçmiş sovet blokunda hər hansı qüvvə yerləşdirməsinə reaksiya verəcəyini deyib. Ötən həftə prezident Vladimir Putin Yunanıstana səfəri zamanı Rumıniyada raket əleyhinə müdafiə sistemi yerləşdirdiyinə görə NATO-nu qınayıb.

Deveselu, Rumıniya

Deveselu, Rumıniya

“Necə yəni bu bizə heç bir təhlükə yaratmır? Əlbəttə ki, yaradır. İndi isə biz buna müvafiq olaraq cavab verməliyik,” deyə o bildirib.

Polşanın prezidenti Andjey Duda güman edir ki, Rusiyanın raket əleyhinə müdafiə sisteminə reaksiyası qəsdən şişirdilib:

“Prezident Putin bilir ki, mən onun hazırkı vəziyyəltə bağlı dediklərini adi bir şərh olaraq görürəm. Bu, illər boyu müzakirə olunan bir şeydir, burada başqa heç bir yenilik yoxdur.”

Bazar ertəsi Albaniyada keçirilən iclasda NATO-nun Parlament Assambleyası xəbərdarlıq edib ki, Rusiyanın təcavüzünün qarşısı alınmalıdır.

Rusiya dünya səhnəsində bir təsir gücünə malik olmaq üçün digərlərini sarsıtmaq, ayırmaq və hətta qonşularına qarşı güc tətbiq etməyə qərar verib.

“NATO, Avropa İttifaqı və hətta Rusiya keçmiş Yuqasolaviyadakı münaqişə və çəkişmələri aradan qaldırmaq üçün birgə işləyib. O vaxtdan bəri Moskva belə bir qərara gəlib ki, bizimlə birgə deyil, bizim əleyhimizə işləmək onun maraqlarına daha yaxşı xidmət edir. Və dünya səhnəsində bir təsir gücünə malik olmaq üçün Rusiya digərlərini sarsıtmaq, ayırmaq və hətta qonşularına qarşı güc tətbiq etməyə qərar verib.”

Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko ittifaqı Soyuq müharibə dövrünə aid təhlükəsizlik planına əl atmaqda ittiham edib. Çərşənbə axşamı Rossiyskaya Qazeta qəzetində dərc olunan müsahibədə o, “münasibətlərin pozulmasına doğru aparan tendensiyanın bitmədiyini” deyib.

XS
SM
MD
LG