Accessibility links

ABŞ müdafiə naziri Eş Karter NATO-nun Avropa Təminat Təşəbbüsünə ABŞ-ın müdafiə büdcəsindən 3.4 milyard dollar ayrılacağına söz verib.

Brüsseldə müdafiə nazirlərinin iki günlük toplantısının sonunda danışan cənab Karter deyib ki, bu vəsait ABŞ-ın indiyədək Rusiyanın Şərqi Avropadakı müttəfiqlərə təcavüzlərinə qarşı ayırdığı maliyyədən 4 dəfə çoxdur.

Karter həmçinin miqrasiya böhranını həll etmək üçün Almaniya, Türkiyə və Yunanıstanın NATO-nun Aralıq Dənizində Hərbi Dəniz Təşəbbüsünün genişləndirilməsi təklifini də şərh edib.

O məsləhət görüb ki, Şimali Atlantik Şurası təkliflərin tətbiqinə dair məsləhətlər vermək üçün prosesə NATO hərbçiləri cəlb olunsun.

Toplantının bağlanış mərasimində çıxışı zamanı NATO baş katibi Cens Stoltenberq Avropada miqrant böhranının həlli yollarının tapılması dair NATO-nun addımlarının təfərrüatlarını bəyan edib.

XS
SM
MD
LG