Accessibility links

NATO-nun baş katibi Anders Foq Rasmussen Moskvadadır


NATO-nun baş katibi Anders Foq Rasmussen Moskvadadır

NATO-nun baş katibi Anders Foq Rasmussen Moskvadadır

Prezident Medvedev Lissabon zirvə görüşündə iştirak etməyə razı olub

NATO-nun baş katibi Anders Foq Rasmussen Rusiya ilə qərbin hərbi alyansı arasında münasibətləri inkişaf etdirmək məqsədilə Moskvadadır. Rasmussen prezident Dmitri Medvedev və xarici işlər naziri Sergey Lavrovla bu gün görüşür. Müzakirələr NATO-nun Lissabonda keçiriləcək zirvə görüşündən əvvəl keçirilir. NATO-nun baş katibi deyib ki, noyabr ayının 19-a nəzərdə tutulan zirvə görüşü keçmişin təsirlərini aradan qaldırmaq və strateji əhəmmiyyətli tərəfdaşlıq yaratmaq üçün bir imkandır. Rasmussenin NATO-nun Əfqanıstanda qüvvələrinə təchizat daşınması üçün yeni marşrutların açılmasında Rusiya ilə əməkdaşlığın daha da genişləndirilməsinə nail olmağa çalışacağı gözlənilir. Prezident Medvedev Lissabon zirvə görüşündə iştirak etməyə razı olub.

XS
SM
MD
LG