Accessibility links

NATO sülhməramlıları ilə serb nümayişçilər arasında qarşıdurma olub


NATO sülhməramlıları ilə serb nümayişçilər arasında qarşıdurma olub
NATO sülhməramlıları ilə serb nümayişçilər arasında qarşıdurma olub

Kosovonun şümal sərhəd bölgəsində NATO-nun başçılıq etdiyi sülhməramlılarla qəzəbli serb nümayişçilər arasında qarşıdurma olub. Serblər NATO qüvvələrinin barrikadaları götürmək cəhdinə mane olmağa çalışıb.

Qüvvələr Zubin Potok yaxınlığındakı bölgəyə zirehli maşınlar, tanklar və buldozerlərin müşayiəti ilə bu gün daxil olub. Nümayiş gözyaşardıcı qazdan istifadə edilməklə dağıdılıb. Qarşıdurma zamanı bir necə nümayişçi və əsgərlərin xəsarət aldığı bildirilir. Serbiya prezidenti Boristadiç Kosovo serbləri və NATO sülhməramlılarını zorakılıqlara yol verməməyə çağırıb.

Kosovonun şimal bögəsində Priştina hökumətini tanımaqdan imtina edən 40 minə yaxın serb yaşayır. Kosovo müstəqilliyini 2008-ci ildə elan edib.

XS
SM
MD
LG