Accessibility links

NATO-nun döyüş təyyarələri bu gün Tripolinin hərbi obyektlərini hədəf alıb

  • Amerikanın səsi

NATO-nun döyüş təyyarələri bu gün Tripolinin hərbi obyektlərini hədəf alıb

NATO-nun döyüş təyyarələri bu gün Tripolinin hərbi obyektlərini hədəf alıb

NATO-nun döyüş təyyarələri bu gün Tripolinin hərbi obyektlərini hədəf alıb. 3 hava zərbəsi zirehli maşın bazası və raketatan qurğuların yerləşdiyi obyekti sıradan çıxarıb. Liviyanın dövlət televiziyası NATO-nu ölkənin infrastrukturunu məhv etməkdə günahlandırıb. Liviyanın vəzifəsini tərk edən neft naziri Şükrü Gənem vətənində qətillər və zorakılıqlara nəzərət edilmədiyi üçün işdən çıxdığını deyib. O, fevral ayında Qəzzafi hökumətinə qarşı etiraz dalğasının baş qaldırmasından bəri Liviya hökumətini tərk edən ən qabaqçıl siyasi xadimdir. BMT-nin İnsan Hüquqları Şurası isə həm Liviya hökuməti və həm də rəqib döyüşçülərin müharibə cinayətləri işlədiklərini bildirir.

XS
SM
MD
LG