Accessibility links

NATO-nun Əfqanıstandakı baş komandanı əfqan xalqından üzr istəyib (Yenilənib)


NATO-nun Əfqanıstandakı baş komandanı əfqan xalqından üzr istəyib (Yenilənib)
NATO-nun Əfqanıstandakı baş komandanı əfqan xalqından üzr istəyib (Yenilənib)

Quranın nüsxələrinin məhvi ilə bağlı məlumatın yayılmasından sonra hərbi hava qüvvələrinin Baqram bazası yaxınlığında 2000-ə qədər insan qəzəbini nümayiş etdirib. Birləşmiş Ştatlara qarşı süarlar səsləndirən və yanğınlar törədən etirazçılara qarşı əsgərlərin rezin güllələrdən istifadə etdikləri bildirilir.

Koalisiya qüvvələrinin baş komandanı, ABŞ generalı Con Allen NATO qüvvələrinin Quran və digər dini yazıların məhv edildiyinə görə üzr istəyib və məsələ ilə bağlı təhqiqata başlanılacağına söz verib. ABŞ generalı NATO-nun bir daha bu kimi hadisənin baş verməyəcəyinə dair ölçülər götürdüyünü deyib.

Təsdiq edilməyən məlumatlara görə, NATO əsgərləri Quranın nüsxələrini yandırmaq istəmiş, lakin onları bu cəhdi bazada işləyən bir əfqan tərəfindən dayandırılmışdı.





XS
SM
MD
LG