Accessibility links

NATO-nun Kabildəki kanvoyuna hücum edildi


NATO-nun Kabildəki kanvoyuna hücum edildi

NATO-nun Kabildəki kanvoyuna hücum edildi

Çərşənbə günü intiharçı NATO-nun Kabildə hərəkət edən kanvoyuna hücum edərək 5 Amerika əsgəri daxil olmaqla ən azı 18 nəfərin ölmünə səbəb olub.

Çərşənbə günü intiharçı NATO-nun Kabildə hərəkət edən kanvoyuna hücum edərək 5 Amerika əsgəri daxil olmaqla ən azı 18 nəfərin ölmünə səbəb olub. İntiharçı bombanı dövlət binalarının yaxınlığında paytaxtda səhər nəqliyyatın məşğul vaxtı partladıb. Partlayış sərnişin avtobusu daxil olmaqla 12-dən artıq hərbi və mülki avtomobili məhv edib. Taliban hücuma görə məsuliyyəti öz üzərinə götürüb. NATO-nun Beynəlxalq Təhlükəsizlik Qüvvələri 6 beynəlxalq əsgərin öldürüldüyünü bildirib. Rəsmilər sonradan ölənlər arasında 5 ABŞ əsgərinin olduğunu da təsdiq edib. Əfqanıstan rəsmiləri 12 mülki şəxsin öldürüldüyünü, qadınlar və uşaqlar daxil olmaqla ən azı 47 nəfərin yaralandığını söyləyib. NATO-nun baş katibi Anders Foğ Rasmussen çərşənbə günü baş vermiş hücumu pisləyib və alyansın əfqan xalqını müdafiə etmək və Əfqanıstanın terrorismə qarşı müqavimət qabiliyyətinin artırılması missiyasına sadiq qalacağını söyləyib.

Əfqanıstan prezidenti Həmid Karzay də paytaxt Kabildə xarici qoşunlara qarşı təşkil olunmuş hücumu pisləyib. Keçən ilin sentyabr ayında 6 İtalya əsgəri intiharçı hücumu nəticəsində öldürülüb.

XS
SM
MD
LG