Accessibility links

NATO bildirir ki, alyansın bəzi veb səhifələri kiber-hücumlara məruz qalmaqdadır. Ehtimallara görə, bu hücumlar Krımda artan gərginliklərlə bağlı ola bilər.

Hərbi koalisiyanın sözçüsü Oana Lungesku deyib ki, kiber-hücumların alyansının əməliyyatlarına heç bir təsiri yoxdur.

NATO hücumlara görə kimin məsuliyyət daşıdığını bildirməsə də, özünü "kiber berkut" adlandıran qrup deyib ki, hücum qəzəbli ukraynalı patriotlar tərəfindən həyata keçirilib. Məlumata görə, onlar NATO-nun Ukraynaya müdaxilə etdiyini düşünürlər.

Xatırladaq ki, bu gün əhalisinin əksəriyyətini rus dillilər təşkil edən Ukraynanın Krım regionunda referendum keçirilir. Ukraynadan ayrılaraq Rusiyaya birləşməyi nəzərdə tutan referenduma NATO-ya üzv ölkələr etiraz edərək, bu addımı qeyri-konstitusional və Ukraynanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirirlər.
XS
SM
MD
LG