Accessibility links

ABŞ-NATO müttəfiqliyi güclənir


ABŞ prezidenti Barak Obama NATO-nun baş katibi Cens Stoltenberqlə alyansın üzləşdiyi problemləri müzakirə edib.

NATO-nun baş katibinin Ağ Evə səfəri Rusiya qüvvələrinin ölkənin şimal-qərbində genimiqyaslı təlimlərə başladığı vaxta təsadüf edib.

ABŞ dövlət başçısı Cens Stoltenberqlə Ukraynadakı vəziyyəti, Rusiyanın münaqişə ilə bağlı mövqeyini və NATO-nun quruma üzv ölkələrin təhlükəsizliyinin təminat altına alması kimi məsələləri müzakirə edib.

Prezident Obama yalnız ABŞ deyil, NATO-ya üzv ölkələrin də müdafiəsində atılan addımları yükdək qiymətləndirib.

Barak Obama və Cens Stoltenberq Ukraynanın suverenliyi və Minsk razılığının həyata tətbiqi sahəsindəki öhdəliklərə sadiq qaldıqlarını bir daha təkrar edib.

NATO-nun baş katibi Rusiyanı separatistlərin dəstəklənməsinə son qoyulması və qüvvələrinin Ukraynanın şərq bölgəsindən çıxarılmasına çağırıb.

Cens Stoltenberq yükdək hazırlıqlı birgə qüvvələrinin yaradılması təklifi ilə çıxış edib. O, qurumun yeni təhlükələrə müqavimət göstərməyə hazır olduğunu da bildirib.

Ağ Evin mətbuat katibi Coş Ernest deyib ki, Rusiyanın son hərbi təlimləri gözlənilməz deyil, lakin ABŞ Ukraynadakı vəziyyəti yaxından izləməyə davam edəcək.

“Biz bunun NATO müttəfiqlərinin təhlükəsizliyinə təsirlərinin monitorinqini davam etdirəcəyik.”

Ağ Ev müzakirələri Ukrayna və Rusiya ilə məhdudlaşmayıb.

ABŞ prezidenti Barak Obama və NATO-nun baş katibi Cens Stoltenberq İslam Dövlətinə qarşı mübarizə də daxil edilməklə, İraq və Əfqanıstanda qüvvələrə dəstək verilməsi məsələsini də gündəmə gətirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG