Accessibility links

ABŞ prezidenti NATO-nun baş katibi ilə görüşüb


Brüssel hücumlarından iki həftə sonra ABŞ prezidenti NATO-nun baş katibi ilə görüş keçirib.

Barak Obama və Cens Stoltenberq İslam Dövləti ilə mübarizə və prezidentin dili ilə deyilsə dünya üçün “təlatümlü” bir vaxt əməkdalığın genişləndirilməsi məsələlərini müzakirə edib.

ABŞ dövlət başçısı NATO-ya İraq və İordaniyada İŞİD əleyhinə mübarizədəki roluna görə təşəkkürünü bildirib

Liderlərin Əfqanıstandakı vəziyyəti də gündəmə gətirib. Obama NATO-nu bu ölkədə sabitliyin bərqərar edilməsində ən yaxın tərəfdaş adlandırıb.

NATO_nun baş katibi regiondakı digər ölkələrin İŞİD-in təhlükəsindən qorunmalı olduğunun vacibliyini bildirib. Cens Stoltenberq deyib ki, alyansın gündəliyində müxtəlif yollarla yerlərdə müdafiə qabiliyyətinin artırılması əsas yeri tutur.

Əfqanıstan iyun ayında Polşanın paytaxtı Varşavada keçiriləcək sammitin diqqət mərkəzində yer alacaq əsas məsələlərdən biridir.

Müzakirələr zamanı Ukrayna münaqişəsinə dair fikir mübadiləsi edilib.

Barak Obama Amerika və NATO-nun Ukraynada gərginliyin azaldılması üçün Rusiya ilə iş aparıldığını vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG