Accessibility links

NATO əsgərinə hücum edən əfqan əsgər öldürülüb


NATO qoşunları Əfqanıstanın şərqində hərbi bazada koalisiya qüvvələrinə atəş açmaq istəyən əfqan əsgərini öldürüb.

NATO sözcüsü bu gün Lağman vilayətində baş vermiş hücumda koalisiya əsgərinin ölmədiyini deyib. Sözcü yaralananlar barədə məlumat verməkdən imtina edib.

Hadisə bu həftə ərzində əfqan qüvvələrinin xarici döyüş yoldaşlarına qarşı ikinci oxşar hücumdur. NATO rəsmiləri çərşənbə axşamı əfqan milli ordu uniforması geymiş iki silahlı şəxsin bir NATO əsgərini öldürdüklərini deyib.

Bu il ərzində təxminən 25 buna bənzər hücum baş verib.

Bügünkü hadisə 3 koalisya əsgəri, 1 mülki vətəndaş və USAİD-nin 1 işçisinin öldürülməsi ilə nəticələnən kamikadze hücumdan bir gün sonra baş verib.


ABŞ dövlət katibi Hillari Klintonun bəyanatında öldürülən zabitin Ragai Əbdelfəttah olduğu və onun ailəsinə başsağlığı bildirilib. Xanım Klinton bəyan edib ki, son 15 ay ərzində Əbdelfəttah Əfqanıstanın yerli rəsmiləri ilə yeni məktəblər və klinikalrın açılışı, habelə Kunar və Nanqarhar vilayətlərinin elektriklə təmin edilməsi proqramlarında iştirak edib.

ABŞ Dövlət Departamenti çərşınbə günü kamikadze hücumu nəticəsində bir işçisinin yaralandığını bildirir.

XS
SM
MD
LG